
BAKI. 24 mart. TELEQRAF
ABŞ-da keçirilən WTA (Qadın Tennisçilər Assosiasiyası) 1000 Seriyalı "Miami Open" turnirinin 1/16 final görüşündə ukraynalı Marta Kostyuk neytral statuslu rusiyalı rəqibi Anna Blinkovanı ələ salıb.
Teleqraf-ın məlumatına görə, bu, Kostyukun topu oyuna həlledici göndərişi zamanı baş verib.
O, eysi birbaşa əlindən çıxırmış kimi edib və Blinkova topu götürə bilməyib. Bundan sonra ukraynalı tennisçi kinayəli gülüşlə hakimə yaxınlaşıb. Kostyuk rəqibinin yox, referinin əlini sıxıb.
Məlum olub ki, o, qarşılaşmayadək aşağılayıcı göndəriş üzərində bir neçə gün məşq edib və hətta bunu sosial şəbəkədə də paylaşıb.
Qeyd edək ki, Marta Kostyuk Anna Blinkova ilə görüşü cəmi 59 dəqiqə davam edib. Kostyuk 6:2, 6:1 hesabı ilə qalib gəlib.