BAKI, 2 mart. TELEQRAF

Rusiyanın paytaxtı Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turnirinə start verilib.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçilərindən qrossmeyster Aydın Süleymanlı ilk turda rusiyalı Yevgeni Vorobyovu məğlub edib. Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanskiyə məğlub olub.

Qeyd edək ki, turnirdə 144 şahmatçı mübarizə aparır.