
BAKI, 28 fevral. TELEQRAF
Şahmat üzrə 10-cu dünya çempionu Boris Spasski vəfat edib.
Teleqraf xəbər verir ki, Rusiya və Fransa qrossmeysteri 88 yaşında ikən Moskvada dünyasını dəyişib.
Spasski 1969-cu ildə 9-cu dünya çempionu Tiqran Petrosyana qalib gələrək, şahmat tacını əldə edib.
1972-ci ildə isə o, dünya çempionluğu uğrunda görüşdə ABŞ təmsilçisi Bobbi Fişerə uduzub.