
BAKI, 27 fevral. TELEQRAF
ABŞ qrossmeysteri Hans Nimann Rusiyanın paytaxtı Moskvada “Aeroflot Open” turnirində iştirak edəcək.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçev açıqlama verib.
“Dünyanın aparıcı şahmatçılarından biri, amerikalı Hans Nimann “Aeroflot Open”də iştirak etmək üçün Moskvaya uçub”, - deyə Tkaçev bildirib.
2022-ci ildə Nimann 16-cı dünya çempionu Maqnus Karlseni məğlub etdikdən sonra norveçli onu cığallıq etməkdə ittiham edib. 2023-cü ilin sentyabrında ABŞ şahmatçısına qarşı 14-cü dünya çempionu Vladimir Kramnik tərəfindən də oxşar ittihamlar səsləndirilib.
Qeyd edək ki, Hans Nimann FİDE reytinqinin 18-cisidir. "Aeroflot Open" turniri fevralın 28-dən martın 7-dək keçiriləcək.