
BAKI, 21 fevral. TELEQRAF
"Azərbaycan basketbol liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.
Teleqraf-ın məlumatına görə, bu sözləri NTD klubunun yeni basketbolçusu Kevin Allen klubun mətbuat xidmətinə açıqlamasında deyib.
ABŞ-dan olan basketbolçu Azərbaycana ilk dəfədir gəldiyini vurğulayıb: “NTD-yə keçməmişdən əvvəl İordaniya klubunda oynayırdım. Danışıqlar bir neçə həftə davam etdi. Məşqçi və klubun meneceri ilə danışdım. Onlar mənə Azərbaycana gəlmək imkanından bəhs etdilər. İlk dəfədir Azərbaycandayam. Gəlməzdən əvvəl ölkə və klub haqqında müəyyən məlumatlar öyrəndim. Deyə bilərəm ki, klub barəsində çox müsbət rəylər eşitmişəm. NTD yaxşı komandadır və pley-offa çıxa bilər".
Qeyd edək ki, NTD klubu Azərbaycan Basketbol Liqasının turnir cədvəlində 6-cı sırada qərarlaşıb.