BAKI, 21 fevral. TELEQRAF

"Lənkəran" basketbol klubu heyətini ötən gün "Gəncə"dən ayrılan Vladislav Frolovla gücləndirib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı basketbolçu bu gün yeni komandası ilə ilk məşqinə çıxıb.

Qeyd edək ku, “Lənkəran” 202 sm boya malik olan Frolovun karyerasında 3-cü Azərbaycan klubu olacaq. 26 yaşlı oyunçu ötən il "Nefçi"nin şərəfini qoruyub.