Çin Suriyadan gələn qaçqınlara humanitar yardım məqsədilə 16 milyon dollar ayıracağını vəd edib.

Teleqraf.com bildirir ki, bu təklif Çin tərəfindən Ərəb dünyası ilə Pekinin əlaqələrini möhkəmləndirmək məqsədil ilə irəli sürülüb.

Prezident Xi Jinpinq bildirib ki, yardım nəinki İordaniya və Livanda, eyni zamanda digər qonşu ölkələrdə sığınacaq tapan suriyalılara da veriləcək.

Qeyd edək ki,Yaxın Şərqdə sülhün və təhlükəsizliyin siyasi yolla həllini dəstəkləyən Jinpinq ərəb ölkəsini Çinin “qardaşı” və “yaxın dostu” adlandırıb.