BAKI, 4 mart. TELEQRAF

İran rəhbərliyi ABŞ və İsrail ilə müharibədən qaçmaq üçün bütün diplomatik yollardan istifadə etsə də, qarşı tərəfin hərbi təcavüzü Tehranı müdafiə olunmaq məcburiyyətində qoyub.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian qonşu və dost ölkələrin liderlərinə ünvanladığı müraciətdə bildirib.

O qeyd edib ki, İran regionda sülhün qorunması tərəfdarı olsa da, mövcud vəziyyət hərbi müdaxilə nəticəsində yaranıb.

"Hörmətli dost və qonşu dövlətlərin liderləri, biz sizin köməyinizlə və diplomatik yollarla müharibədən qaçmağa çalışdıq, lakin ABŞ-İsrail hücumu bizə özümüzü müdafiə etməkdən başqa seçim qoymadı. Biz sizin suverenliyinizə hörmət edirik və əvvəlki kimi hesab edirik ki, regional sülh region ölkələrinin kollektiv səyləri ilə təmin edilməlidir", - Prezident vurğulayıb.