Bolqarıstanın paytaxtı Sofiyada aeroport ərazisində içərisində patlayıcı qurğu olan avtobus aşkarlanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi xidmət orqanları hadisə yerində işləyirlər.

Avtobus aeroportun birinci terminalı ərazisində aşkar edilib. Buna görə də terminaldakı insanlar təxliyə edilib.

Aeroport fəaliyyətini davam etdirir.