Rusiya son iki gün ərzində Suriya İŞİD terrorçularının 472 mövqeyinə aviazərbələr endirib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə Rusiya qırıcıları 141 uçuş həyata keçirib. Konaşenkov aviazərbələrin əsasən, terrorçuların Hələb, Dəməşq, İdlib, Latakiya, Hama, Hums, Rakka və Deyr-ez-Zor məntəqələrindəki mövqelərinə endirildiyini qeyd edib.

Samir