BAKI, 1 may. TELEQRAF
“Hazırda bizim üçün ən vacib məsələ İranın Ali rəhbəri Xameneinin həyatının qorunmasıdır”.
Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin müavini Mohsen Qomi deyib.
Qomi İranın yeni ali rəhbərinin Tehrana irimiqyaslı hücumdan necə xilas olmasına da diqqət çəkib:
“Müctəba Xamenei ABŞ və İsrailin fevralın 28-də hücumları zamanı öldürülmüş İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə eyni məkanda olub. Amma hücumlardan bir neçə dəqiqə əvvəl zəruri işlə əlaqədar binanın həyətinə çıxıb”.
Qeyd edək ki, martın əvvəlində ali rəhbər təyin ediləndən sonra Müctəba Xameneinin heç bir real fotosu və ya videosu yayımlanmayıb. Xalqa müraciətləri yazılı şəkildə təqdim edilir. Qərb mediası onun üzündən və bədəninin digər hissələrindən ağır yaralandığı, bir ayağını itirdiyi barədə məlumat yayıb.