ABŞ və Səudiyyə Ərəbistan arasında silahların satışı ilə bağlı yeni müqavilə imzalanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton yeni razılaşmaya əsasən, Ər-Riyada müxtəlif tipli 19 min bomba satacaq.

Rəsmi məlumatlarda satılacaq bombaların dəyəri 1,29 milyard dollar göstərilir. Bununla bağlı Pentaqon hərbi əməkdaşlıq idarəsi məlumat yayıb.

Səudiyyə Ərəbistanı bu bombaları mümkün təhlükələrdən müdafiə olunmaq üçün alacağını açıqlayıb.

Həmçinin qeyd edilib ki, Vaşinqton Ər-Riyada adi bombalara peykdən idarə olunma sisteminin quraşdırılması üçün yardım edəcək.

Samir