İsrail İsveç və Livan vətəndaşlığı olan şəxsi "Hizbullah" təşkilatı üçün casusluqda şübhəli bilərək həbs edib.

55 yaşlı Həsən Xəlil Xizran iyulun 21-də Ben-Qurion hava limanında saxlanılıb.

Dindirilmə zamanı o, İsrailə casusluq məqsədi ilə gəldiyini etiraf edib. Bundan əlavə, o "Hizbullah"ın onunla necə əlaqə qurması, həmçinin sözügedən şiə təşkilatı ilə əməkdaşlığı barədə danışıb.

report.az