BAKI, 18 dekabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi İran məhsullarının daşınmasında iştirak edən daha 29 gəmiyə sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bununla da sanksiyaya məruz qalan İrana bağlı gəmilərin sayı 180-ə çatıb.

Yeni sanksiyalar həmin tankerləri idarə edən gəmiçilik şirkətlərini də əhatə edir. Bu şirkətlərin ABŞ-də hər hansı fəaliyyəti qadağan edilib.