BAKI, 18 dekabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko “Oreşnik” kompleksinin döyüş növbətçiliyinə başladığını bildirib.

Teleqraf xəbər verir ki, Belarus Prezidenti “Oreşnik” kompleksinin 17 dekabrdan respublika ərazisində yerləşdirildiyini açıqlayıb.

Onun sözlərinə görə, “Oreşnik” kompleksinin ilk mövqeləri artıq Belarusda təchiz olunub.

Lukaşenko onu da qeyd edib ki, Belarus xalqına müharibə lazım deyil: "Bizim xoşbəxtliyimiz dinc həyatımızdır. Biz bataqlıqlarda və yeraltı sığınacaqlarında yaşamaq istəmirik. Bunun baş verməməsi üçün güclü olmalıyıq. Biz bütün suveren tariximiz boyunca siyasi və iqtisadi təzyiqlər altında yaşamışıq. Bu, müstəqilliyin qiymətidir. SSRİ dağılandan sonra da bu zərbəyə dözmüşük. Amma işləyirik, bu vəziyyətdən çıxırıq, xarici bazarlara yönəlirik. Çin, Hindistan, Rusiya, Asiya, Afrika və Latın Amerikası ölkələri dünyanın çoxluğunu təşkil edir. Biz də bu dünya çoxluğunun bir hissəsiyik”.