BAKI, 28 noyabr. TELEQRAF
Fırtına səbəbindən yaranan çay daşqınları Vaşinqtonda Şərqi Potomak Parkındakı qolf meydançasını faktiki olaraq məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
Amerika liderinin sözlərinə görə, yenidənqurmaya ehtiyacı olduğunu düşündüyü qolf meydançası tamamilə dağılıb.
"Meydança Potomak çayında qərq olmaqla, yer üzündən silinib Tanrı siyasi səbəblərə görə möhtəşəm qolf meydançasının tikintisinin qarşısını almaq üçün əlindən gələni edən bir hakimlə bağlı problemlərimizi görmüş olmalıdır. Bu qolf meydançası artıq təhlükəli və istifadəyə yararsızdır. Daxili İşlər Nazirliyi tərəfindən bağlanıb. Hakim (Metropolitan məhkəməsinin hakimi) Reyesdən bu gözəl layihənin dərhal davam etməsinə icazə verməsini xahiş edirəm. Nəticədə, o, gördüyümüz işlə fəxr edəcək”, - deyə Tramp bildirib.
Hakim əvvəllər Tramp administrasiyasının qolf meydançasının təmiri üçün parka ictimai girişi müvəqqəti olaraq bağlamaq qərarını bloklamışdı. Tramp meydançanın çay daşqınlarından qorunmaq üçün bəndin qaldırılması da daxil olmaqla genişmiqyaslı yenidənqurma işlərinə ehtiyac duyduğunu iddia edir. Layihənin dəyəri 49 milyon dollardır.
2026-cı ilin 26 noyabrında ABŞ-da qeyd olunan Şükranlıq Günündə ölkənin şərq hissəsində güclü yağış və 29 m/s-yə çatan güclü küləklər baş verib. Bayram günlərində fırtına səbəbindən təxminən 840.000 müştəri elektriksiz qaldı. Hava şəraiti yaxşılaşsa da, 189.000 ev təsərrüfatında hələ də elektrik kəsintiləri müşahidə olunur. Fırtına səbəbindən Nyu-York şəhər rəsmiləri ənənəvi Macy's Şükranlıq Günü Paradını cümə axşamından şənbə gününə təxirə salmaq qərarına gəldilər.