BAKI, 21 noyabr. TELEQRAF

ABŞ və İran arasındakı münaqişənin həlli ilə bağlı razılaşma daimi olmalıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Mən İranla daimi olacaq sülh sazişi bağlayacağam. Onların nüvə silahına sahib olmaq qabiliyyətinə malik olmasına icazə verməyəcəyəm", - deyə o, "Fox News"a verdiyi müsahibədə bildirib.

Tramp həmçinin qeyd edib ki, o, İranda hakimiyyət dəyişikliyində maraqlı deyil.