BAKI, 1 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında davam edən müharibənin yaxın gələcəkdə sona çatacağını düşündüyünü deyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqo iqamətgahında jurnalistlərlə söhbəti zamanı danışıb.
“Düşünürəm ki, Rusiya ilə Ukrayna arasında müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq”, - deyə ABŞ prezidenti bildirib.
Tramp münaqişənin nizamlanması üçün konkret vaxt açıqlamayıb.