BAKI, 1 noyabr. TELEQRAF
Çexiyanın mərkəzi hissəsində kiçik təyyarənin qəzaya uğraması nəticəsində pilot həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “Novinky” xəbər portalı məlumat yayıb.
Qəza ölkənin mərkəzində, Beneşov şəhəri yaxınlığındakı Vranov kəndi ərazisində baş verib. İlkin məlumatlara görə, pilot əlverişsiz hava şəraiti səbəbindən təyyarəyə nəzarəti itirib.
Qəzanın dəqiq səbəbi ekspertlər və polis nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyənləşdiriləcək.