BAKI, 1 noyabr. TELEQRAF
İranın cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Buşəhr şəhərindən 115 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.