BAKI, 1 noyabr. TELEQRAF

Yaponiyanın Honsyu adasında, Mie prefekturası sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 350 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Honsyu adasının əhəmiyyətli hissəsində hiss olunub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Nəqliyyatın fəaliyyətində də hər hansı problem qeydə alınmayıb.