Kubada hakimiyyət dəyişikliyi yaxın 2,5 il ərzində baş verəcək və burada Venesuela ssenarisi mümkündür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Amerikalı mühafizəkar jurnalist Benni Conson müsahibəsi zamanı Trampdan hazırkı Kuba liderlərinin nə qədər hakimiyyətdə qalacağını soruşub. "Deyərdim ki, bu, çox çəkməyəcək. Baxın, bu, uğursuz bir ölkədir. Xalqı çox tezliklə geri qaytaracağıq. Venesuela ilə nə etdiyimizə baxın və orada işlər çox yaxşı gedəcək. Əvvəlcə orada işi bitirəcəyik, sonra bəlkə də başqa bir şeyə keçəcəyik. Amma Venesuela ilə işlər əla getdi. İndi isə İran adlı bir ölkə üzərində işləyirik, onu nüvəsizləşdiririk", - deyə Amerika lideri cavab verib.

Tramp əlavə edib ki, ABŞ Kubanı çox diqqətlə izləyir: "Marko Rubio]bunun üzərində çox diqqətlə işləyir. Onun valideynləri Kubadandır və iki il yarımdan sonra biz bunu, əslində, daha tez, mütləq başa çatdıracağıq".