QƏBƏLƏ, 31 oktyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə edib.

Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 19 xalla turnir cədvəlinin ikinci, Yeton Bekirinin kollektivi isə 8 xalla 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, günün daha öncə baş tutan görüşündə “Araz-Naxçıvan" Şamaxı şəhər stadionunda "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura sabah yekun vurulacaq.