BƏRDƏ, 31 oktyabr. TELEQRAF

Bərdə rayonunda 17 yaşlı gəncin meyiti aşkarlanıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nicat Atakişiyevin meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.