BAKI, 20 oktyabr. TELEQRAF

Ukrayna müharibəni Rusiyaya uduzmur, amma müharibənin tez bir zamanda bitməsini istəyir. Axı bu münaqişə ən dəyərli şeyi - insan həyatını əlindən alır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Osloda Ukrayna, Avropa və Amerika nümayəndə heyətlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müharibəyə son qoymaq üçün səyləri gücləndirmək lazımdır: "Ukrayna müharibəni uduzmayacaq. Amma biz insanları və vaxtı itiririk. Uşaqlarımızın real həyatı, uşaqlığı yoxdur. Buna görə də bu müharibəni mümkün qədər tez bitirməliyik".