BAKI, 20 oktyabr. TELEQRAF
Londonda yerləşən "Əl-Ərəbi Əl-Cədid" xəbər agentliyinin məlumatına görə, Qətər və Pakistan gərginliyin azaldılması planının bir hissəsi olaraq, beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə icazə verməsi müqabilində Dohada dondurulmuş 6 milyard dolların faizini İrana köçürməyi təklif ediblər.
Teleqraf xəbər verir ki, Doha ilə əlaqəli mənbələr vasitəçilərin ABŞ və İranda rezonans doğuran bir təkliflə çıxış etdiklərini qeyd ediblər: "Bu, Tehrana Qətər banklarında dondurulmuş 6 milyard dollarlıq İran vəsaitləri üzrə faiz təmin etməyi nəzərdə tutur".
Təşəbbüs hər iki tərəfin tələblərinin qismən təmin edilməsini nəzərdə tutur. Maliyyə güzəştləri müqabilində İslam Respublikası Vaşinqtonun nüvə sazişini qəbul edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin onun obyektlərinə "gizli, elan edilməmiş səfərinə razılıq verib. Pakistan ordusunun komandanı Asim Munir bu kompromis planını İran rəhbərliyinə çatdırmaq üçün 20 oktyabrda Tehrana gəlib.
"Əl-Ərəbi Əl-Cədid" mənbələri danışıqlarda irəliləyişin bu həftənin əvvəlində elan edilə biləcəyini gözləyirlər.