BAKI, 21 oktyabr. TELEQRAF
Rusiya ABŞ-nin “Qrem qanunu”nu dayandırmasını vacib addım hesab edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev bəyan edib.
O qeyd edib ki, Rusiya tərəfi ABŞ-nin, rusiyalı enerji daşıyıcılarının əsas alıcılarına qarşı 100 faizlik rüsumların tətbiqini nəzərdə tutan mərhum senator Lindsi Qremin qanununun icrasını dayandırmaq qərarına diqqət yetirib.
Xüsusi nümayəndənin sözlərinə görə, bu qanun istənilən birgə layihələrə və investisiyalara maneə törədə bilərdi. “Buna görə də, ABŞ administrasiyasının bu qanun layihəsini, onun qüvvəsini dayandırması, şübhəsiz ki, həm də vacib bir addımdır”, - deyə K.Dmitriyev fikirlərini yekunlaşdırıb.