Oktyabrın 5-də Moldovanın Ukrayna ilə sərhəddəki Palanka sərhəd-keçid məntəqəsi yaxınlığına Rusiyaya məxsus mərminin düşməsi nəticəsində bir sərhədçi yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Moldova sərhəd xidməti məlumat yayıb.
"Yoxlama məntəqəsinin yaxınlığında mərmi düşdü, yerə dəydikdən sonra geri sıçradı və hasarın yaxınlığında park edilmiş avtobusa dəydi. Sərhəd-keçid məntəqəsinin işi dayandırılıb. İlkin məlumata görə, mərmi avtobusa zərər vurub və bir sərhədçi yüngül xəsarət alıb" - məlumatda qeyd olunur.