BAKI, 25 sentyabr. TELEQRAF
İran Yəmənin “Ənsar Allah” hərəkatına (husilər) göstəriş vermir və onların fəaliyyətinə görə məsuliyyət daşımır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində bildirib.
“Husilər öz hərəkətlərinə görə özləri məsuliyyət daşıyırlar. Onlar bizdən göstəriş almırlar”, – Pezeşkian deyib.
İran Prezidenti bildirib ki, Tehran husilərlə əlaqə saxlayır, lakin tərəflər arasında sistemli münasibətlər mövcud deyil.