SUMQAYIT, 25 sentyabr. TELEQRAF
Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən hərbçini vurub.
Qəza nəticəsində hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır.
Faktla bağlı müvafiq araşdırma aparılır.