BAKI, 25 sentyabr. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən görüş zamanı Ukrayna, Yaxın Şərq və Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, liderlərin görüşü Ağ Evdə baş tutub. Si Cinpin və Donald Tramp əvvəlcə məhdud tərkibdə danışıqlar aparıblar.

Daha sonra danışıqlar geniş tərkibdə, iki ölkənin rəsmilərinin iştirakı ilə davam etdirilib.

Qeyd edək ki, Si Cinpinin ABŞ-yə dövlət səfəri sentyabrın 25-dək davam edəcək.