Fransa Səudiyyə Ərəbistanının Yanbu liman şəhərinin enerji infrastrukturunu qorumaq üçün qoşun və hərbi texnika göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron "France 2" telekanalının efirində bildirib.

“Bu gün Səudiyyə Ərəbistanı ilə razılaşdırdığımız məsələ məhz budur. Bu obyekti qorumaq üçün hərbi resursları, yəni qoşunları, radar stansiyalarını və hava hücumundan müdafiə sistemlərini yerləşdirəcəyik”, - deyə Fransa lideri bildirib.

Makron həmçinin qeyd edib ki, burada söhbət Fransanın hər hansı bir münaqişəyə girməsindən getmir.

Xatırladaq ki,19 sentyabrda Yəmənin Ənsar Allah (Husi) hərəkatı Səudiyyə Ərəbistanındakı hədəflərə, o cümlədən Yanbuya qarşı ballistik və kruiz raketləri, eləcə də dronlardan istifadə edərək zərbələr endirdiyini iddia edib.