BAKI, 25 sentyabr. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpinin ABŞ-a dövlət səfəri münasibətilə Ağ Evdə təşkil olunacaq rəsmi qəbulda dünyanın aparıcı texnologiya və maliyyə şirkətlərinin rəhbərləri iştirak edəcəklər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” ABŞ administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, qonaqlar arasında “Amazon”un qurucusu Ceff Bezos, “SpaceX” və “Tesla”nın rəhbəri İlon Mask, “Dell”in rəhbəri Maykl Dell, “Google”un baş direktoru Sundar Piçai, “Nvidia”nın rəhbəri Censen Huanq, “OpenAI”ın baş direktoru Sem Altman, “Apple”ın Direktorlar Şurasının sədri Tim Kuk və “Citigroup”un rəhbəri Ceyn Freyzer yer alacaq.

Qəbulun ABŞ-nin Şərq sahili vaxtı ilə saat 20:00-da başlaması planlaşdırılır.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl tədbirdə texnologiya və bank sektorunun aparıcı nümayəndələrinin iştirak edəcəyini bildirmişdi. Gözlənilir ki, qəbul zamanı Tramp və Si Cinpin qısa çıxışlar edəcəklər.