BAKI, 25 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına hücumları Avropada yanacağın qiymətinin artmasına səbəb olur.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "TF1" və "France 2" kanallarına verdiyi müsahibədə bildirib.

O, jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən deyib: "Bu, faktdır. Avropanın yanacaq çatışmazlığının əsas səbəbi Hörmüz boğazının blokadası səbəbindən Yaxın Şərqdən tədarükün kəsilməsidir. Ukraynanın Rusiyaya hücumları problemi daha da ağırlaşdırır".

Qeyd edək ki, Avropa Komissiyasının məlumatlarına əsasən Avropada dizel yanacağının qiyməti tarixi maksimuma çatıb və orta hesabla litri 2,23 avro təşkil edib. Ümumi rekorddan əlavə, Almaniya, İtaliya və Fransa da daxil olmaqla 19 Aİ ölkəsində tarixi maksimumlar qeydə alınıb.