BAKI, 25 sentyabr. TELEQRAF
Kolumbiya hökuməti İranla diplomatik əlaqələri kəsmək barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, qərar İran hökumətinin beynəlxalq terror və narkoterror təşkilatları ilə ehtimal edilən əlaqələri nəzərə alınaraq qəbul edilib.
“Xarici İşlər Nazirliyi Kolumbiya hökuməti adından İran İslam Respublikası ilə diplomatik əlaqələrin rəsmən kəsildiyini elan edir”, – məlumatda qeyd olunub.
Kolumbiya tərəfi sözügedən təşkilatların ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildirib.
Qeyd edək ki, Kolumbiya və İran arasında diplomatik münasibətlər 1975-ci il aprelin 28-də qurulub.