BAKI, 25 sentyabr. TELEQRAF
İranın ali rəhbəri Müctəba Xamenei sağlamdır və ölkənin idarə olunmasına tam şəkildə rəhbərlik edir.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Fox News” telekanalına müsahibəsində bildirib.
Pezeşkian ali rəhbərin səhhətinin ölkəni idarə etməyə imkan verib-vermədiyi barədə suala “Bəli, tam şəkildə” cavabını verib.
İran Prezidenti bildirib ki, ölkənin müəyyən edilmiş siyasi kursunun həyata keçirilməsi administrasiya və hökumətin üzərinə düşür, göstərişlər isə ali rəhbərdən gəlir.
Pezeşkian Müctəba Xamenei ilə şəxsən görüşdüyünü də açıqlayıb. Onun sözlərinə görə, görüş təxminən bir ay və ya ay yarım əvvəl baş tutub və yeddi saata yaxın davam edib.
“Biz üz-üzə danışdıq”, - İran Prezidenti qeyd edib.