BAKI, 25 sentyabr. TELEQRAF
İran ABŞ ilə razılaşma əldə etməyə hazırdır.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, Tehran Vaşinqtonla mümkün razılaşma ilə bağlı yalnız beynəlxalq hüquq çərçivəsində tələblər irəli sürür.
“İran ABŞ ilə razılaşmaya hazırdır və yalnız beynəlxalq hüquq çərçivəsində tələblər irəli sürür”, – Pezeşkian vurğulayıb.