BAKI, 30 avqust. TELEQRAF

Nepalda baş verən daşqından sonra xilas edilən xarici turistlərin sayı 289-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Nepal Turizm İdarəsi sosial şəbəkədə yayımladığı məlumatda bildirib.

Qurumun məlumatına görə, xilas edilənlər arasında Rusiya, ABŞ, Hindistan, Almaniya, İtaliya, Oman və Portuqaliya vətəndaşları da var.

Hazırda əlaqə saxlamaq mümkün olmayan 591 nəfərin hansı ölkələrin vətəndaşları olduğu barədə məlumat açıqlanmayıb.