BAKI, 30 avqust. TELEQRAF

İran Silahlı Qüvvələri son bir həftə ərzində Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən 30-dək gəminin hərəkətinin qarşısını alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun 22-dən 29-dək 30 gəmi boğazdan keçməyə cəhd göstərsə də, onların hərəkəti İran hərbçiləri tərəfindən dayandırılıb. Hazırda Hörmüz boğazında gəmilərin hərəkəti məhdud rejimdə, Tehranın razılığı və müvafiq rüsumların ödənilməsi şərtilə həyata keçirilir.