BAKI, 29 avqust. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətər və Misir XİN rəhbərləri ilə regional vəziyyəti müzakirə edib.
Teleqraf "TRT Haber"ə istinadla xəbər verir ki, Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, həmçinin Misirin xarici işlər naziri Bədr Əbdülati ilə telefonla danışıb.
Məlumata görə, keçirilən ikitərəfli telefon danışıqları zamanı tərəflər arasında həm regional təhlükəsizlik məsələləri, həm də ikitərəfli əlaqələrin gedişatı ətraflı nəzərdən keçirilib.