BAKI, 13 avqust. TELEQRAF

İtaliyanın Roma şəhərindən təxminən 40 km cənub-şərqdə, Kolleferro şəhəri yaxınlığındakı bir sursat fabrikində partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, müəssisədə "mürəkkəb əməliyyatlar" aparılır, lakin hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, fabrik Almaniyanın müdafiə şirkəti KNDS-ə məxsusdur. Müəssisə quru və dəniz qüvvələri üçün orta və iri çaplı sursat istehsalında ixtisaslaşıb.

Partlayışın səbəbi və ya mümkün xəsarətlər barədə hələlik heç bir məlumat daxil olmayıb.