BAKI, 11 avqust. TELEQRAF
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın komandası III təsnifat mərhələsinin cavab görüşündə Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.
Masazır təmsilçisinin heyətində Velko Simiç 59-cu, Stiv Solvet 67-ci, Coy-Lens Mikels 79-cu, Xander Severina isə 89-cu dəqiqədə fərqlənib.
“Sabah” səfərdə keçirilən ilk qarşılaşmada rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.
Beləliklə, iki oyunun nəticəsinə görə 5:2 hesablı üstünlük qazanan “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
***
21:47
"Sabah" "Orhus"la qarşılaşmada fərqi 4-ə çatdırıb.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisinin heyətində 4-cü qolun müəllifi 89-cu dəqiqədə Xander Severina olub.
***
21:36
"Sabah" "Orhus"la qarşılaşmada fərqi 3-ə çatdırıb.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisinin heyətində üçüncü qolun müəllifi 79-cu dəqiqədə Coy Lens Mikels olub.
***
21:24
"Sabah" "Orhus"la qarşılaşmada fərqi artırıb.
Teleqraf xəbər verir ki, Masazır təmsilçisinin heyətində ikinci qolun müəllifi 67-ci dəqiqədə Stiv Solvet olub.
***
21:17
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" "Orhus"u qəbul edir.
Teleqraf xəbər verir ki, matçın ikinci hissəsində Masazır təmsilçisi hesabı açıb.
59-cu dəqiqədə qolun müəllifi Velko Simiç olub.
***
21:04
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" "Orhus"u qəbul edir.
Teleqraf xəbər verir ki, matçın ikinci hissəsi start götürüb.
***
20:46
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah" "Orhus"u qəbul edir.
Teleqraf xəbər verir ki, qarşılaşmanın ilk hissəsi başa çatıb.
Komandalar fasiləyə 0:0 bərabərliklə yollanıblar.
***
20:00
“Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi Danimarkanın “Orhus” klubunu qəbul edir.
“Bank Respublika Arena”da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Matçı Fransadan olan FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk matç “Orhus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.