BAKI, 3 avqust. TELEQRAF
KTMT-nin kollektiv təhlükəsizlik strategiyası müttəfiqləri qorumaq üçün kütləvi qırğın silahlarından istifadəni istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti- yə açıqlamasında bildirib.
O, bu cür silahların alyansın digər ölkələrində də peyda olub-olmadığı sualına cavab olaraq qeyd edib ki, həmin strategiyanın hazırlanması üçün qəbul edilmiş sənədlər, eləcə də Rusiya Federasiyasının hərbi doktrinasında nüvə silahlarından istifadənin, o cümlədən hücum halında müttəfiqləri qorumaq üçün istifadənin mümkünlüyü nəzərdə tutulur.
Viktor Vasilyev izah edib ki, KTMT tərəfindən qəbul edilmiş sənəddə kollektiv təhlükəsizliyə qarşı müasir çağırışlar və təhdidlər arasında hərbi nüvə potensialına malik dövlətlərin sayının artması ehtimalı, eləcə də kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılması qeyd olunur.