BAKI, 30 iyul. TELEQRAF

“Neftçi” UEFA Konfrans Liqası ilə vidalaşıb.

Teleqraf xəbər verir ki, Bakı təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) klubu ilə Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda üz-üzə gəlib.

Yuri Vernidubun baş məşqçisi olduğu komanda görüşdə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 13-cü dəqiqədə Breno Almeyda vurub.

Görüşün 90+2-ci dəqiqəsində “Neftçi” azlıqda qalıb. Komandanın müdafiəçisi Falaye Sako birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Lakin “ağ-qaralar” ilk oyunda 2:4 hesabı ilə məğlub olduğu üçün iki oyunun nəticəsinə əsasən 3:4 hesabı ilə rəqibinə uduzaraq UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

***
22:04

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) klubu ilə “Neftçi” arasında keçirilən görüşdə ikinci hissə start götürüb.

Teleqraf xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi “ağ-qaralar”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Matçda yeganə qolu 13-cü dəqiqədə Breno Almeyda vurub.

***
21:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) klubu ilə “Neftçi” arasında keçirilən görüşdə ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçirilən qarşılaşmanın ilk yarısı “ağ-qaralar”ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Yeganə qolu 13-cü dəqiqədə Breno Almeyda vurub.

***
21:13

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) klubu ilə “Neftçi” arasında keçirilən görüşdə ilk qol vurulub.

Teleqraf xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçirilən qarşılaşmada hesabı “ağ-qaralar” açıb.

Matçın 13-cü dəqiqəsində Breno Almeyda fərqlənib.

***
21:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) klubu ilə “Neftçi” arasında keçirilən görüş start götürüb.

Teleqraf xəbər verir ki, qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçirilir.

Matçın baş hakimi Şimali İrlandiyadan olan Tim Marşalldır.

Qeyd edək ki, tərəflər arasında Bakıda baş tutan ilk görüşdə rəqib 4:2 hesablı qələbə qazanıb.