BAKI, 30 iyul. TELEQRAF

Rusiyanın Podqoritsadakı səfiri Aleksandr Lukaşik 1 noyabrdan etibarən Rusiya vətəndaşları üçün vizaların tətbiqi qərarına səfirliyin reaksiyası ilə bağlı Monteneqro Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Viza siyasəti Monteneqro hökumətinin milli maraqlarına, Aİ qarşısında götürülmüş öhdəliklərinə əsaslanır. Bu, Rusiya Federasiyası vətəndaşlarına qarşı yönəlmiş tədbir deyil" - məlumatda bildirilir.

Monteneqro Xarici İşlər Nazirliyi əvvəllər Rusiya, Belarus, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı vətəndaşlarının 1 noyabrdan etibarən ölkəyə daxil olmaq üçün viza tələb olunacağını açıqlayıb. Rusiyanın Podqoritsadakı səfirliyi bu addımı ölkənin xarici güclərdən asılılığının sübutu kimi qiymətləndirib.