BAKI, 25 iyul. TELEQRAF

Gürcüstanda elektrik enerjisinin verilişi ölkə üzrə bərpa edilib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrik Sistemi məlumat yayıb.

Məlumata görə, qəza aşkar edildikdən dərhal sonra enerji sisteminin bərpasına başlanılıb.

Qurumun açıqlamasına görə, qəza qeydə alınan kimi enerji sisteminin bərpasına dərhal başlanılıb.

"Hazırda qəzanın başvermə səbəbi müəyyənləşdirilir. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, genişmiqyaslı elektrik kəsintisi səbəbindən Tbilisi metrosunun və Gürcüstan Dəmir Yollarının fəaliyyətində də fasilələr yaranmışdı. Hazırda onların işi də bərpa olunub.

Xatırladaq ki, Tbilisidə və ölkənin bir sıra regionlarında elektrik enerjisinin verilişi səhər saat 08:00-da baş verən qəza səbəbindən dayanmışdı.

*** 11:16

Gürcüstanda artıq ikinci gündür ölkə elektrik enerjisinin verilməsində fasilə baş verir.

Teleqraf xəbər verir ki, Tbilisi, Ozurgeti, Poti və Rustavi şəhərləri elektrik enerjisiz qalıb.

Elektrik enerjisinin verilməsində yaranan fasilələr nəticəsində su nasosları da fəaliyyətini dayandırıb. Tbilisinin bəzi rayonlarında su təchizatında problemlər yaranıb.

Məlumata görə, paytaxt küçələrində işıqforlar işləmir, mağazalar isə elektriksiz qalıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Tbilisi, Batumi, Kutaisi və digər iri şəhərlər də daxil olmaqla Gürcüstanın əksər bölgələləri elektrik enerjisiz qalıb. İlkin məlumata əsasən, buna enerji şəbəkəsində baş vermiş genişmiqyaslı nasazlıq səbəb olub. Bəzi mobil operatorların şəbəkəsində də rabitə problemləri yaranıb.

Bununla belə, ölkədə aviauçuşlara məhdudiyyət tətbiq edilməyib və reyslər adi rejimdə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl İnquri Su Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən Abxaziyada da elektrik enerjisinin verilişi dayandırılmışdı.