BAKI, 25 iyul. TELEQRAF
Səudiyyə Ərəbistanı Yəmənin liman şəhəri olan Hudeydəyə silsilə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, hava zərbələri rabitə şirkətinə məxsus obyektləri hədəf alıb.
Bundan başqa, Qırmızı dənizdə yerləşən Kamran adasına da zərbələrin endirildiyi bildirilir.