Rusiya Ukraynaya yeni hücum üçün raketlərini hazır vəziyyətə gətirib. Hücum 48 saat ərzində baş verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarındakı açıqlamasında bildirib.

"Kəşfiyyatdan və tərəfdaşlarımızdan bilirik ki, ruslar Ukraynaya yeni kütləvi zərbə üçün raketlərini hazır vəziyyətə gətiriblər. Zərbə bu gün, ilkin məlumata görə, 48 saat ərzində ola bilər", - deyə Zelenski vurğulayıb.

O, ukraynalıları özlərini qorumağa və hava hücumu sirenlərini qulaqardına vurmamağa çağırıb.