BAKI, 24 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp cümə günü İranla bağlı gələcək tədbirləri müzakirə etmək üçün müşavirləri və administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Görüşdə hər hansı qərarın qəbul edilməsi barədə hələlik heç bir məlumat verilmir.

Bu həftənin əvvəlində Tramp "Axios"a bildirmişdi ki, İrana qarşı tammiqyaslı hərbi əməliyyatlara başlamaq imkanlarını araşdırır.