BAKI, 24 iyul. TELEQRAF

Rusiya lideri Vladimir Putin ABŞ-nin Ukraynaya deyil, NATO tərəfdaşlarına silah satdığını başa düşür.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“O mənim silahları Ukraynaya deyil, NATO ölkələrinə satdığımı başa düşür. Onlar tam qiyməti ödəyirlər, amma bu silahların necə paylandığından xəbərim yoxdur”, - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha öncə Moskvanın ABŞ-nin Ukraynaya silah göndərməyə davam etməsini diqqətdə saxladığını bildirmişdi.